Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb
# 23 avqust 2011 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hazırda respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-220, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 60 faizini təşkil edir.

Hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 92,0 m 3/s, yəni ongünlük normanın 75 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 113 m 3/san olmaqla, ongünlük normanın 165 faizi miqdarındadır.

Hazırda Kürün aşağı axınında - Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2010-cu il avqustun 23-də 489 sm), Şirvanda 307 sm (2010-cu il avqustun 23-də 413 sm ), Salyanda 304 sm (2010-cu il avqustun 23-də 437 sm), Bankədə 241 sm (2010-cu il avqustun 23-də 279 sm), Araz çayının Novruzlu məntəqəsində isə 157 sm (2010-cu il avqustun 23-də 185 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR