Bank Of Baku

İstanbul anti-korrupsiya Fəaliyyət Planının və GREGO-nun tövsiyyələrinin icrası ilə bağlı hesabat hazırlanacaq

İstanbul anti-korrupsiya Fəaliyyət Planının və GREGO-nun  tövsiyyələrinin icrası ilə bağlı hesabat hazırlanacaq
# 23 avqust 2011 11:12 (UTC +04:00)
Bakı-APA. “Konstitusiya” Araşdırmalar Fondu “OECD-nin İstanbul anti-korrupsiya Fəaliyyət Planının və GREGO-nun tövsiyyələrinin Azərbaycanda həyata keçirilməsi vəziyyətinə dair hesabat hazırlanması” layihəsinin icrasına başlayıb. Fonddan APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən layihənin məqsədi OECD-nin İstanbul antikorrupsiya Fəaliyyət planının və GREGO tövsiyələrinin həyata keçirilməsi səviyyəsinin vətəndaş cəmiyyəti tərəfindən dəyərləndirilməsi, hökumətin hesabatına alternativ vətəndaş cəmiyyətinin mövqeyini əks etdirən peşəkar hesabatın hazırlanmasıdır. Həmçinin, layihənin icrası zamanı tövsiyələr həyata keçirilmədiyi zaman buna səbəb olan vəziyyətin öyrəniləcək, OECD-nin İstanbul anti-korrupsiya Fəaliyyət planının və GREGO tövsiyələrinin uğurla həyata keçirilməsi üçün təkliflərin hazırlanması və bütün maraqlı tərəflərə təqdim olunacaq.

Layihənin yekun mərhələsində hazırlanacaq hesabat ingilis dilinə tərcümə ediləcək, çap ediləcək və layihənin yekunlarının təqdimatı keçiriləcək. Təqdimata dövlət, QHT, beynəlxalq təşkilatlar, KİV nümayəndələri dəvət olunacaq.

Layihə çərçivəsində hazırlanmış hesabat GRECO-ya həmçinin OECD-nin maliyyə və biznes üzrə Direktoratının Korrupsiyaya qarşı mübarizə üzrə şöbəsinə, bu təşkilatların Azərbaycana səfər edən missiya üzvlərinə, həmçinin müvafiq dövlət orqanlarına, vətəndaş cəmiyyəti institutlarına, KİV və beynəlxalq təşkilatlara təqdim ediləcək.

Bu layihənin həyata keçirilməsi nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrası ilə bağlı vətəndaş cəmiyyətinin mövqeyi ictimaiyyətə açıqlanması ənənəsinin əsası qoyulacaq.

Layihənin icrası zamanı əldə olunmuş təcrübə müstəqil ekspertlərin və QHT nümayəndələrinin hökumətin antikorrupsiya siyasəti çərçivəsində görülmüş işlərin qiymətləndirilməsi və rəsmi mövqedən başqa alternativ mövqenin ifadə olunmasına və cəmiyyətin, beynəlxalq birliyin daha obyektiv məlumatlandırılmasına imkan verəcək

Layihənin həyata keçirilməsi ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirilir. Azərbaycan Avropa Şurasının «Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» və «Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında» Konvensiyalarına qoşulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Korrupsiyaya qarşı Dövlətlər qrupuna (GRECO) və OECD-nin İstanbul Anti-Korrupsiya Fəaliyyət Planına qoşulub.

İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində, eyni zamanda GREGO tərəfindən Azərbaycanın korrupsiyaya qarşı mübarizə ilə bağlı görülmüş işlər dəyərləndirilir və problemlərin aşkarlanması və aradan qaldırılması üçün tövsiyələr hazırlanır.

Artıq İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində 2006-cı ildə monitorinqin I raundu üzrə, 2010-cu ildə isə monitorinqin II raundu üzrə dəyərləndirmə hesabatları açıqlanıb. 2006-cı ildə isə GREGO-nun birgə birinci və ikinci dəyərləndirmə raundları ilə bağlı Azərbaycan Respublikası üzrə dəyərləndirmə Məruzəsi açıqlanıb.

İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində, eyni zamanda GREGO tərəfindən Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin və verilmiş tövsiyələrin yerinə yetirilməsinin monitorinqi aparılır və hesabatlar hazırlanır. Bu hesabatlar əsasən hökumətə göndərilmiş suallar toplusuna verilən cavablar, rəsmi görüşlər və eyni zamanda vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınmaqla hazırlanır.

Lakin müşahidələr, Fond tərəfindən aparılmış təhlillər göstərir ki, bu hesabatlar hazırlanan zaman əsas diqqət hökumətin suallar toplusuna verdiyi cavablara yönəlir, vətəndaş cəmiyyətinin dəyərləndirmələri isə zəif mövqe olaraq qalır. Vətəndaş cəmiyyətinin mövqeyi bu hesabatlar açıqlanan zaman kifayət qədər nəzərə alınmır. Bu isə öz növbəsində real vəziyyətin daha dəqiq dəyərləndirilməsinə və ictimailəşdirilməsinə, hökumətin antikorrupsiya siyasətinin formalaşmasında vətəndaş iştirakçılığının genişləndirilməsinə mane olur. Sözügedən hesabatlar eyni zamanda beynəlxalq birliyin Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nailiyyətlər, nöqsanlar, üzləşdiyi problemlər barədə mövqeyini ifadə edir. Bu baxımdan burada yerli vətəndaş cəmiyyəti institutlarının mövqeyinin də tam dolğunluğu ilə ifadə olunması real vəziyyətin daha obyektiv qiymətləndirilməsində əsas amillərdən biri kimi çıxış edə bilərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR