Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfirliyi autizm sindromundan əziyyət çəkən uşaqlara yardım edib

Türkiyənin Azərbaycandakı səfirliyi autizm sindromundan əziyyət çəkən uşaqlara yardım edib
# 23 avqust 2011 15:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türkiyənin Azərbaycandakı səfirliyi Ramazan ayı münasibətilə autizm sindromundan əziyyət çəkən uşaqlara yardım göstərib. APA-nın məlumatına görə, “Autizm – Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın həyat yoldaşı Günay Kılıç da iştirak edib.

Autizm sindromlu uşaqlara düşündürücü oyuncaqlar, ərzaq, yataq dəsti hədiyyə edən səfirin xanımı bildirib ki, bu xəstəliyin daşıyıcısı olan uşaqlara hər şeydən artıq sevgi və qayğı lazımdır: “Bu tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini autizm sindromlu xəstələrə cəlb etməkdir. Belə xəstəliyin daşıyıcısı olan uşaqlar 3 yaşa qədər özlərini bəlli edirlər. Onlar çox təmiz ürəkli, cəmiyyətə uyğunlaşa biləcək uşaqlardır. Əgər biz bu uşaqları cəmiyyətə, topluma qazandıra bilsək, işin yarısını görmüş olarıq. Bunun üçün ilk növbədə valideynlərin maariflənməsi lazımdır”.

İctimai Birliyin rəhbəri Çiçək Məmmədli isə “Autizm - Defektoloji və Psixoloji Yardım Mərkəzi”nin ölkənin müxtəlif bölgələrindən olan 1500 uşağı əhatə etdiyini söyləyib: “Yeganə məqsədimiz autizmlə bağlı bilgiləri artırmaq və daha az sayda uşağın bu xəstəlikdən əziyyət çəkməsinə nail olmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR