Bank Of Baku

«Bakcell» və «Junior Achievement Azerbaijan» təşkilatı tələbələrə sertifikatlar təqdim edib

«Bakcell» və «Junior Achievement Azerbaijan» təşkilatı tələbələrə sertifikatlar təqdim edib
# 23 avqust 2011 16:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ilk mobil operatoru olan «Bakcell» şirkəti, «Alcatel-Lucent Azerbaijan» və «Junior Achievement Azerbaijan» (JAA) təşkilatı «İşə hazırlıq» proqramının 15 iştirakçısını sertifikatlarla təltif edib. «Bakcell»dən «APA-Economics»ə verilən məlumata görə, layihə «Bakcell»in dəstəyi və «Alcatel-Lucent Azerbaijan» şirkəti ilə tərəfdaşlıq çərçivəsində «Junior Achievement Azerbaijan» təşkilatı tərəfindən həyata keçirilən «Mobil Telekommunikasiya Biznesinə Giriş» proqramı çərçivəsində reallaşır.

«Bakcell»in baş icraçı direktoru Riçard Şirer tələbələri işə hazırlıq proqramını uğurla bitirdiklərinə görə təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb: «Biz istəyirik ki, gənclərimiz telekommunikasiya biznesi haqqında daha çox öyrənsinlər. «Bakcell»də keçirilən işə hazırlıq proqramı mobil rabitə şirkətinin necə işlədiyini müşahidə etmək üçün tələbələrə verilmiş əvəzolunmaz bir füsətdir».

Xatırladaq ki, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Qafqaz və Xəzər universitetlərini təmsil edən 45 tələbə proqramda iştirak etmək üçün seçilib. Proqram çərçivəsində tələbələr işə hazırlıq, biznes etikası və mobil telekommunikasiya sənayesi üzrə ixtisaslaşmış təlimlərdə iştirak ediblər. Təlim proqramı mobil telekommunikasiya ilə daha yaxından tanış edən innovasiyalı material əsasında təşkil olunub. Ən uğurlu 15 tələbə «Bakcell» şirkətində təcrübə proqramında iştirak etmək və telekommunikasiya biznesində karyera haqqında öyrənmək imkanı qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR