Bank Of Baku

Azərbaycan prezidenti Sabirabadın içməli su ilə təminatının yaxşılaşdırılmasına dair sərəncam imzalayıb

Azərbaycan prezidenti Sabirabadın içməli su ilə təminatının yaxşılaşdırılmasına dair sərəncam imzalayıb
# 23 avqust 2011 16:14 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncama əsasən, Sabirabad rayonunun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 min manat məbləğində vəsait ayrılacaq.

Bununla bağlı, Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR