Bank Of Baku

Lənkəranda iki yeni məktəb binası istifadəyə veriləcək

Lənkəranda iki yeni məktəb binası istifadəyə veriləcək
# 24 avqust 2011 11:01 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Cari dərs ilində Lənkəran rayonunda yeni tikilmiş iki məktəb binası istifadəyə veriləcək. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov məlumat verib. O bildirib ki, rayonun Osakücə və Şovu kəndlərində dövlət vəsaiti hesabına tikilən 220 şagird yerlik ikimərtəbəli məktəblərdə hazırda son tamamlanma işləri görülür. Eyni layihə üzrə ucaldılmış hər iki təhsil müəssisəsində şagirdlərin ixtiyarına 13 sinif otağı, 2 müasir tipli laboratoriya, kitabxana, geniş idman zalı, iclas zalı veriləcək. Bütün otaqlar kompüterləşdirilib. Binalarda istilik və işıq sistemi quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR