Kinoteatrlarda filmlərin nümayişi zamanı subtitrlərdəki ciddi tərcümə xətaları nə ilə bağlıdır? - ARAŞDIRMA
“PARK CINEMA” kinoteatrının repertuar planlaşdırması, reklam və marketinq üzrə departamentin direktoru Bernard Kristina qeyd olunan məsələni APA-ya belə şərh edib: “Hər bir film, şərti olaraq, bir neçə mühüm hissədən ibarətdir: video (ekranda göstərilən hər hansı statik və ya dinamik təsvir) kadr arxası səsləndirmə (birsəsli və ya bir neçə səs prinsipi istifadə oluna bilər) və subtitrlər. Subtitrlərin hazırlanması isə tərcüməçiyə təqdim olunan dialoq (və ya montaj) vərəqələrinə müvafiq olaraq aparılır. Onu də nəzərinizə çatdırım ki, tərcümələri peşəkarlar edirlər. Onların arasında filologiya üzrə mütəxəssilər var. Lakin, buna baxmayaraq ssenaridən kənarlaşmalar baş verə bilər. Bu, nə vaxt olur və texniki olaraq nə üçün baş verir? Azərbaycan tamaşaçısına kinoindustriyanın ən son nəaliyyətlərini vaxtında təqdim etmək üçün qabağımıza məqsəd qoymuşuq ki, hər hansı filmin dünyada premyerası başlayan gün həmin film bizdə də nümayiş olunsun. Bununla əlaqədər heç bir halda, dünyada qəbul edilmiş hüquqi təcrübəyə və Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunvericiliyinə əsasən, bədii filmlər, animasiya və digər audiovizual məhsul heç bir təqdirdə qanunsuz (“pirat”) versiyasında təqdim edilə bilməz. Keyfiyyətin üzərində daim iş aparılır”.
B. Kristina deyib ki, rus dilində dublyaj bir neçə studiya tərəfindən xarici ölkələrdə aparılır və film üçün dialoq vərəqələri rus dilində bu şirkətlər tərəfindən tərtib edilir: “Bəzi hallarda hətta bu mətnlər ingilis və digər (alman, ispan) dillərdə əldə edilir. Nəzərə alsaq ki, Azərbaycan dilinə çevirən tərcüməçilər yuxarıda göstərilmiş səbəbdən (pirat versiyalar yasaq olduğundan) filmlərə baxmadıqlarına görə, müəyyən kənarlaşmalar baş verir. Onu da bildirim ki, tərcümə təcrübəsinin öz prinsipləri var: misal üçün mətn birbaşa tərcümə edilmir, bizim frazeoloji modellər istifadə olunur. Digər tərəfdən, bildiyinizə görə, müəyyən (etik) məsələləri nəzərə alaraq, evfemizmlər (qeyri normativ leksika) yumşaldılır. Bu da tərbiyəvi məna daşıyır. Təbii ki, mətn hazırlandıqdan sonra onun semantikası, morfoloji quruluşu təhlil edilir. Bundan başqa, keyfiyyətin daim təkmilləşdirmə prinsipini özümüzə əsas tutaraq, tamaşaçılarla daim ünsiyyət, əks rabitə qururuq. Onların fikirlərini, istəklərini bütün kollektivimizlə öyrənirik və baş verən hər hansı çətinlikləri aradan qaldırırıq”.
Mədəniyyət və Turizm Nazirliyi: “Şəxsi kinoteatrlara göstəriş vermək ixtiyarında olmasaq da, tövsiyə verəcəyik”
Qeyd olunan problemlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə APA-ya açıqlamasında məsələnin çox vacib olduğunu diqqətə çatdırıb və mövcud problemdən xəbərdar olduqlarını qeyd edib: “Bu məsələnin vacibliyinin fərqindəyik, bu addımı da müsbət qiymətləndiririk. Ümid edirik ki, bu problem ənənənin yeni qoyulması ilə bağlıdır və vaxtaşırı aradan qalxacaq. Bu tamaşaçıların dünya premyeralarına Azərbaycan dilində də baxa bilməsi üçün atılan addımdır və biz bunu pisləyə bilmərik. Bu işin icraçısı kinoteatrların özləridir və bu nöqsanlar birbaşa onlara bildirilməlidir. Yəqin ki, bu nöqsanlar vaxt məhdudluğu baxımından ortaya çıxır. Filmin yeni olması və zamanın azlığı da burada ciddi rol oynayır. Doğrudur, bu qüsurdur, ancaq bu məsələnin yüksək səviyyədə həyata keçirilməsi üçün həm vəsait, həm də lazımi texnika tələb olunur. Yolun əvvəlidir, amma kinoteatrların artıq bu addımı atması yaxşı haldır. Bu gün onları hər səhvə görə tənqid etmək düzgün olmaz”. A. Sultanzadə onu da deyib ki, nazirlik olaraq şəxsi kinoteatrlara göstəriş vermək ixtiyarında deyirlər, ancaq tövsiyə tərcümə ilə bağlı müəyyən tövsiyələr verəcəklər.
Sosial
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
Xəbər Lenti
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Rutte: Rusiya müharibədə qalib gələ bilmədi, NATO Ukraynanı dəstəkləməyə davam edəcək
Parlament Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edəcək
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib
Milli Məclis və Zimbabve Milli Assambleyasının sədrlərinin görüşü olub
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 56 nəfər yaralanıb - YENİLƏNİB-2
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
BakıKart QR ödənişi artıq ABB mobile-də - İlk 10 gediş pulsuz
AZAL: Bakı-Naxçıvan reyslərinin bəzisi ildırımlı hava səbəbindən təxirə salınıb
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 122 mln. manatı ötüb
Bu il dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub
Bağ evini, mənzili, obyekti sığortalamağa dəyər, çünki zərəri PAŞA Sığorta ödəyir
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb, Bakı Moskvaya nota verib
Azərbaycandan tranzit keçməklə Ermənistana 30 vaqon propan qazı göndərilib - YENİLƏNİB - FOTO
Ukrayna iki S-400, radiolokasiya stansiyası və neft bazasına zərbə endirib
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Ermənistan Pakistana ilk səfirini təyin edib
Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşib
Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu edib
HAMAS Qəzzada idarəetmə orqanını ləğv edib, səlahiyyətlər texnokratlardan ibarət komitəyə verilir
Gürcüstanın keçmiş müdafiə naziri 2 il 6 ay müddətinə həbs olunub
"Vahid Rusiya" Çeçenistan rəhbəri vəzifəsinə Ramzan Kadırovun namizədliyini irəli sürüb
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə hökm oxunub
Trampın Ankarada qalacağı hotelin ətrafında baryerlər quraşdırılıb - FOTO
Rəsmi Moskva: NATO sammitindən əvvəl Ukraynanın hücumlarına daha şiddətli cavab veriləcək
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
Azərbaycan, Misir və Türkiyə hərbçilərinin “Anadolu Qartalı – 2026” taktiki-uçuş təlimi başa çatıb - VİDEO
Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
Bəzi yerlərdə yağıntılı hava üç gün davam edəcək, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Kreml: Rusiya-Çin birgə təlimləri heç kimə qarşı yönəlməyib
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur
Şirvanda 34 min manatlıq naqil oğurlanıb, üç nəfər saxlanılıb
Zimbabve Milli Assambleyasının sədri Fəxri xiyabanda və Zəfər parkında olub
Kreml: Putin və Tramp yaxın gələcəkdə təmaslarını davam etdirəcək
Birgə maliyyələşmə proqramı üzrə 5800-dək şəxs işlə təmin edilib
Əlverişsiz hava Qax və Zaqatalada elektrik, internet və qaz təchizatında fasilələrə səbəb olub - FOTO