Bank Of Baku

Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı BMT-in İqtisadi və Sosial Şurasına məşvərətçi status qismində üzvlüyə qəbul edildi

Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı BMT-in İqtisadi və Sosial Şurasına məşvərətçi status qismində üzvlüyə qəbul edildi
# 24 avqust 2011 11:35 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı (AGAAT) BMT-nin İqtisadi və Sosial Şurasının Qeyri Hökümət Təşkilatları Komitəsinin məsləhəti ilə BMT-in İqtisadi və Sosial Şurasına (ECOSOC) məşvərətçi status qismində üzvlüyə qəbul edilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir sıra tələbə və gənc mütəxəssislər tərəfindən 2004-cü ildə təsis edilmiş AGAAT, yarandığı ilk gündən etibarən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan gənclərinin Avro-Atlantik məkana inteqrasiyasına töhfə vermək və onları BMT, NATO, ATƏT, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatların vəzifələri barədə məlumatlandırmaq kimi məqsədləri həyata keçirməklə məşğuldur.
Xüsusi məşvərətçi statusu AGAAT-ın 15 nəfər nümayəndəsinin BMT-nin Nyu-York, Cenevrə və Vyana şəhərlərində yerləşən mənzil qərargahlarında lobbist kimi qeydiyyata alınmaları, BMT-nin konfrans, sammit və digər görüşlərində iştirak etmələri üçün imkanlar yaradır ki, bu da Azərbaycan həqiqətlərinin daha sistematik şəkildə dünya ictimaiyyətinə çatdırmaq, vətənimizin sosial, iqtisadi, mədəni həyatını və dinamik inkişafını əks etdirən tədbirləri təşkil etmək üçün geniş şərait yaradacaq.
Qeyd edək ki, AGAAT Azərbaycan gənclər təşkilatları arasında bu statusu fərdi qaydada əldə etmiş ilk təşkilatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR