Bank Of Baku

Tufandağ zirvəsində quraşdırılmış Avtomat Meteoroloji Stansiyalara baxış keçirilib

Tufandağ zirvəsində quraşdırılmış Avtomat Meteoroloji Stansiyalara baxış keçirilib
# 24 avqust 2011 12:26 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Şahdağ Milli parkının yüksək dağlıq ərazisində fəaliyyət göstərən Tufandağ və Kabaş Avtomat Meteoroloji Stansiyalarına baxış keçirib. Ekspedisiya üzvləri stansiyaların fəaliyyətini yoxlamış, tənzimləmə işləri aparmış və stansiyaları qış mövsümünə hazır vəziyyətə gətiriblər. Görülən işlər nəticəsində hər iki stansiyadan hava haqqında məlumatlar Milli Hidrometeorologiya Departamentinə müntəzəm ötürülür.

Xatırladaq ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə təqribən 3000 metr hündürlükdə Şahdüzündə 2009-cu ildən fəaliyyət göstərir. Üçüncü stansiya isə 17 avqust 2010-cu il tarixində Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılıb. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR