Bank Of Baku

Bakı məktəblərində işləyən 65 yaşı tamam olmuş müəllimlərlə bağlı problemə sentyabrın 1-dək aydınlıq gətiriləcək

Bakı məktəblərində işləyən 65 yaşı tamam olmuş müəllimlərlə bağlı problemə sentyabrın 1-dək aydınlıq gətiriləcək
# 24 avqust 2011 15:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakının təhsil müəssisələrində çalışan, 65 yaşı tamam olmuş işçilərlə bağlı problemə sentyabrın 1-dək aydınlıq gətiriləcək. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bildirib. Onun sözlərinə görə, BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrində çalışan 65 yaşdan yuxarı bütün işçilərlə bağlı müvafiq təhlillər aparılıb: “Hansı müəssisələrdə bununla bağlı problemlərin yarana biləcəyi analiz olunub. Qanunvericiliyin tələblərinə əsasən, 65 yaşı tamam olan işçilər ümumi işçilərin 2 faizi miqdarında saxlana bilər. Təhsil Nazirliyi 65-70 yaşlı işçilərin işdə qalma meyarlarınmı müəyyənləşdirib. Uzun illər işləyən elə müəllimlər var ki, onlara hələ də ehtiyac var”.

B. Nəbiyev deyib ki, artıq paytaxtın təhsil müəssisələrində yaşı 65-i ötən işçilərlə əmək müqavilələrinin bağlanmasına başlanıb: “Əgər işçi əmək məzuniyyətində, xəstə deyilsə, onlarla bağlanan müddətsiz əmək müqavilələri ləğv edilir və müddətli əmək müqaviləsi bağlanır. Bakının təhsil müəssislərində 65 yaş məsələsi ilə bağlı heç bir problem yaranmayacaq”.

Sektor müdirinin sözlərinə görə, BŞTİ-nin tabeliyində olan orta məktəblərin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin 65 yaşı tamam olmuş rəhbərləri ilə bağlı siyahı da artıq hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR