Bank Of Baku

Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib

Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyatı müəllimliyinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib
# 25 avqust 2011 07:26 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən 98 yer üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlər üçün keçid balı isə 21-dən yuxarıdır. Vakant yerlərdə işləmək istəyənlər sentyabrın 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.

Qeyd edək ki, elan edilən 98 vakant yerdən 1-i Bakı, qalanları isə digər şəhər və rayonlar üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR