Bank Of Baku

Kimya müəllimliyinə işə qəbul üçün 103 vakant yer qalıb

Kimya müəllimliyinə işə qəbul üçün 103 vakant yer qalıb
# 25 avqust 2011 08:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Təhsil Nazirliyi 2011-2012-ci dərs ilində respublikanın ümumtəhsil məktəblərinə kimya müəllimi vəzifəsinə işə qəbulun nəticələrinə görə vakant qalan yerləri elan edib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 12-də kimya müəllimlərinin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayanlar elan edilən 103 yer üçün müraciət edə bilərlər. Bakı şəhərində olan vakant yerlər ucun keçid balı 28-dən yuxarı, digər vakant yerlərə isə 21-dən yuxarıdır. Vakant yerlərdə işləmək istəyənlər sentyabrın 2-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət etməlidirlər.

Qeyd edək ki, elan edilən 103 vakant yerdən 2-si Bakı, 101-i isə digər şəhər və rayonlar üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR