Bank Of Baku

Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb

Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlanıb
# 25 avqust 2011 10:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 24-də nevrologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 92 həkim imtahan verib. İmtahanlarda iştirak edən həkimlərdən 86 nəfər (94 faiz) uğurlu nəticə əldə edib.
Növbəti test imtahanları ftiziatriya və pediatriya ixtisasları üzrə sentyabrın 7-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR