Bank Of Baku

BQXK-nın Azərbaycan nümayəndəliyi “İtkin düşən şəxslərin ailələrinin müşayiət edilməsi” adlı yeni proqramın icrasına başlayıb

BQXK-nın Azərbaycan nümayəndəliyi “İtkin düşən şəxslərin ailələrinin müşayiət edilməsi” adlı yeni proqramın icrasına başlayıb
# 25 avqust 2011 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi bu ilin iyul ayından yeni proqramın icrasına başlayıb. APA-nın xəbərinə görə, nümayəndəliyin müdafiə proqramı koordinatoru Silvi Qranişer (Sylvie Graenicher) bildirib ki, yeni proqram “İtkin düşən şəxslərin ailələrinin müşayiət edilməsi” adlanır.

Layihənin məqsədi itkin düşən şəxslərin ailələrinin spesifik ehtiyaclarına cavab verilməsidir. Layihə çərçivəsində itkin düşmüş şəxslərin ailələri ilə onların ehtiyaclarına cavab verə biləcək təşkilatlar arasında əlaqə yaradılacaq. “Bu, kifayət qədər yeni bir proqramdır. Layihə başlanandan indiyə qədər Bakıda 7 itkin ailəsi ilə görüş keçirilib. Proqram daha sonra cəbhə bölgələrində yaşayan itkin düşən şəxslərin ailələri ilə də davam etdiriləcək”, deyə S. Qranişer söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR