Bank Of Baku

Gəncədə Xüsusi Olimpiya İdman Komitəsinin təsis edilməsi ilə əlaqədar konfrans keçirilib

Gəncədə Xüsusi Olimpiya İdman Komitəsinin təsis edilməsi ilə əlaqədar konfrans keçirilib
# 25 avqust 2011 11:47 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə şəhər Gənclər və İdman İdarəsində yerli Xüsusi Olimpiya İdman Komitəsinin təsis edilməsi ilə əlaqədar konfrans keçirilib. Gəncə şəhər Gənclər və İdman İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Yerli Xüsusi Olimpiya Komitəsi əqli cəhətdən qüsurlu uşaqların idmana cəlb edilməsi məqsədi ilə yaradılır. “Xüsusi Olimpiya” hərəkatı belə çatışmamazlığı olan yeniyetmə və gənclərin sağlam həmyaşıdları ilə birgə idman tədbirlərində iştirak etməsi ilə onların cəmiyyətə inteqrasiyasına köməklik göstərəcək. Yığıncaqda Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov yerli qurumun ictimai əsaslarla sədri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR