Bank Of Baku

Həftə sonu Bakıda və Abşeron yarımadasında intensiv yağıntılar proqnozlaşdırılır

Həftə sonu Bakıda və Abşeron yarımadasında intensiv yağıntılar proqnozlaşdırılır
# 25 avqust 2011 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, küləyin sürəti 8-13 m/s, gündüz arabir 16 m/s olacaq. Havanın temperaturu gecə 18-21, gündüz 22-27 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.

Avqustun 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağıntıların intensiv olacağı ehtimal olunur. Şimal-qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s təşkil edəcək. Havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 21-26 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 26-da arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 8-12 dərəcə, gündüz 13-18 dərəcə olacaq.

Bölgələrdə avqustun 27 və 28-də arabir yağış yağacağı, bəzi yerlərdə yağıntıların lokal leysan xarakterli intensiv, şimal və qərb rayonlarında güclü olacağı ehtimalı var. Qərb küləyi sürəti 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 7-11 dərəcə, gündüz 12-17 dərəcə olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və sərin hava şəraitinin davam etməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR