Bank Of Baku

Milli Preventiv Mexanizm qrupunun üzvləri Quba və Xaçmaz polis şöbələrinin təcridxanalarına baş çəkiblər

Milli Preventiv Mexanizm  qrupunun üzvləri Quba və Xaçmaz polis şöbələrinin təcridxanalarına baş çəkiblər
# 25 avqust 2011 12:33 (UTC +04:00)
Bakı-APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Quba və Xaçmaz Rayon Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR