Bank Of Baku

Son iki gündə yağan yağışlarla əlaqədar Kür çayının aşağı axınında suyun səviyyəsi artıb

Son iki gündə yağan yağışlarla əlaqədar Kür çayının aşağı axınında suyun səviyyəsi artıb
# 25 avqust 2011 13:45 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 24-də yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin Qanıx çayında suyun səviyyəsi 86 sm artıb, Lənkəran–Astara bölgəsi çaylarında da sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 310, Quba-Xaçmaz bölgəsi çaylarında 110-590, Lənkəran-Astara bölgəsi çaylarında 480-630, Kiçik Qafqazın çaylarında 110-120, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 63 faizini təşkil edir.

Hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 119 m3/san, yəni ongünlük normanın 98 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 244 m3/san olmaqla, ongünlük normanın 356 faizi miqdarındadır.

Son iki gün ərzində yağan yağışlarla əlaqədar Kür çayına tökülən çaylarda sululuğun artması nəticəsində Kürün aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 46 sm, Şirvanda 44 sm, Bankədə 24 sm, Salyanda 47 sm, Araz çayının Novruzlu məntəqəsində isə 14 sm artıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 480 sm, Şirvanda 351 sm, Salyanda 351 sm, Bankədə 265 sm, Araz çayının Novruzlu məntəqəsində isə 172 sm təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR