Bank Of Baku

Masallıda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib - FOTO

Masallıda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib - <font color=red>FOTO</font>
# 25 avqust 2011 15:57 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Bu gün Masallıda ölkəmizin ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev müstəqil Azərbaycanda aparılan təhsil islahatları, yeni məktəblərin tikintisi, maddi-texniki bazanın genişləndirilməsi barədə danışaraq, Masallıda da təhsilin inkişafı daim diqqət mərkəzində saxlanıldığını və bu sahədə ilbəil daha böyük nailiyyətlər qazanıldığını qeyd edib. Daha sonra icra hakimiyyətinin başçısı yüksək balla tələbə adını qazanmış rayon məzunlarını təbrik edərək, onlara ən xoş arzularını bildirib.

Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov isə çıxışında builki məktəblərə qəbul haqqında məlumat verib. Qeyd olunub ki, bu il attestat almış 1243 məzundan yarısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ərizə verib. İmtahanların ilkin nəticələrinə görə 238 nəfər Masallı məzunu müxtəlif ali məktəblərə daxil olub. Onlardan 39 nəfəri 500-dən yuxarı, 11 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Bu da əvvəlki ilin göstəricilərindən xeyli çoxdur.

Musaküçə kənd tam orta məktəbinin məzunu Tehran Alışov 665 balla Qafqaz Universitetinin, Köçəkli kənd tam orta məktəbinin məzunu Anar Cəfərov isə 651 balla Bakı Dövlət Universitetinin tələbəsi adına layiq görülüb. Çıxışlarda həmçinin bu ilki qəbulda Masallı şəhər 1 və 3 saylı məktəblərin, “Dəfinə” liseyinin, Ərkivan qəsəbə 2 və 3 saylı, Şərəfə, Xıl, Hişkədərə, Təzə Alvadı 1 saylı, Həsənli, Xırmandalı, Qızılavar məktəblərinin pedaqoji kollektivlərinin yüksək nəticələr əldə etdikləri qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR