Bank Of Baku

Sloveniyada “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa Musiqi Mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir

Sloveniyada “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa Musiqi Mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir
# 25 avqust 2011 16:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 24-28 avqust tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində Beynəlxalq Ənənəvi Musiqi Şurasının “Müxtəlif yer və vaxtlarda ənənəvi musiqi və rəqs ilə Avropa Musiqi Mədəniyyətinin görüşü” adlı elmi konfransı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, tədbir İmago Sloveniae, Sloveniyanın Mədəni və Etnomusiqi Cəmiyyəti və digər təşkilatların dəstəyi ilə Lyublyana Universitetində təşkil olunur.
Ənənəvi musiqi və müqayisəli musiqişünaslıqla bağlı tədqiqat işləri, müasir etnomusiqi tendensiyaları, ənənəvi musiqinin qloballaşma, milli hərəkatlarda rolu və digər mövzular müzakirə olunması nəzərdə tutulur. Tədbirdə iştirak etmək və məruzə ilə çıxış etmək məqsədilə UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin Azərbaycan tərəfindən eksperti Sənubər Bağırova konfransda iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR