Bank Of Baku

Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbirləri keçirirlər

Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları maarifləndirmə tədbirləri keçirirlər
# 26 avqust 2011 08:39 (UTC +04:00)
Bakı – APA. Ombudsmanın Quba Regional Mərkəzinin əməkdaşları Quba rayonunun Qəçrəş bələdiyyəsində yerli sakinlər və icmalarla görüş keçiriblər. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, rayon İcra Hakimiyyəti nümayəndələrinin, bələdiyyə üzvlərinin, kənd icra nümayəndəliklərinin və əhalinin iştirakı ilə təşkil olunmuş bu maarifləndirmə tədbirində regional mərkəzin nümayəndələri iştirakçılara insan hüquq və azadlıqları, bu sahədə müvafiq beynəlxalq konvensiyaların və milli qanunvericiliyin əsas müddəaları, ombudsman Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini üzrə fəaliyyəti barədə ətraflı məlumat verərək sualları cavablandırıblar.

Tədbirin sonunda ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlər və plakatlar iştirakçılara paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR