Bank Of Baku

Göytəpə Neolit Yaşayış Məskənində arxeoloji abidənin tədqiqatı üçün “Yay məktəbi” təşkil edilib

Göytəpə Neolit Yaşayış Məskənində arxeoloji abidənin tədqiqatı üçün “Yay məktəbi” təşkil edilib
# 26 avqust 2011 10:01 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuz rayonunda yerləşən Göytəpə neolit yaşayış məskənində arxeoloji abidənin tədqiqatı üçün “Yay məktəbi” təşkil edilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, arxeoloji araşdırmalara Rusiya, Moldova, Qırğızıstan, Qazaxıstan və Özbəkistan və Gürcüstan təmsilçiləri qatılıb. Tovuzda baş tutan “Yay məktəbi” MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Bir ay ərzində davam edən “Yay məktəbi” layihəsinin sonunda aparılan tədqiqatlar rus dilində olmaqla, kitab şəklində dərc ediləcək.
Qeyd edək ki, Qafqazda ən qədim dövrə, eramızdan əvvəl 6 min illiyə aid Tovuz rayonunda yerləşən neolit abidəsindəki arxeoloji tədqiqatlar Azərbaycanın ilkin sivilizasiya məskənlərindən biri olduğunu göstərir. Göytəpədə aparılan tədqiqatlar nəticəsində Azərbaycanın torpaqlarının ən qədim dövrü ilə bağlı çox ciddi elmi materiallar əldə edilib. Burada aparılan arxeoloji tədqiqatlar bütün dünya elmi üçün əhəmiyyət daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR