Bank Of Baku

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov: “Mübariz İbrahimov və Ramil Səfərov Azərbaycan xalqına ikinci nəfəs gətirdi”- YENİLƏNİB

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov: “Mübariz İbrahimov və Ramil Səfərov Azərbaycan xalqına ikinci nəfəs gətirdi”- <font color=red>YENİLƏNİB</font>
# 26 avqust 2011 09:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov, Kəmalə Quliyeva-APA. “”Eurovison-2011” mahnı müsabiqəsində qələbə, idmançılarımızın beynəlxalq yarışlarda uğuru, Mübariz İbrahimov və Ramil Səfərov kimi qəhrəmanlar öz şücaəti ilə Azərbaycan cəmiyyətinə və xalqına ikinci nəfəs gətirdi, özünə inamı dirçəltdi. Azərbaycan gənclərinin uğuru haqqında danışarkən bu faktı qeyd etməmək olmaz”.APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov IX ASAİF beynəlxalq yay forumunda çıxışı zamanı bildirib.

O, Azərbaycanın informasiya müharibəsində əldə etdiyi nailiyyətlərin xaricdə təhsil alan gənclərin adı ilə bağlı olacağını deyib: “İnformasiya müharibəsi yalnız tarixi faktlarla atışmaq deyil. İnformasiya müharibəsi Azərbaycanın inkişafının təmini, qədim və zəngin mədəniyyətimizin təbliği, keçmişimiz və bu günümüz haqqında danışmağımızdır. Vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən asılı olmayaraq bütün gənclər Dağlıq Qarabağ haqqında həqiqətləri çatdırmalıdır. Bəzən siz gənclər biz məmurların edə bilmədiklərini edirsiniz. Sizin əliniz bəzən bizim əlimizin çatmadığı yerlərə çatır. Bizə yüksək intellektli, fəal mövqeyi olan gənclər lazımdır”.

Xankəndindən olan 13 yaşlı erməni qızın Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanladığını xatırladan E. Aslanov dövlətin hər bir Azərbaycan vətəndaşı kimi Azərbaycan ərazisində yaşayan erməni qızın da bu müraciətinə biganə qalmadığını qeyd edib: “Prezident Administarsiyası tərəfindən o xanıma yazılan məktubda Azərbaycanın inkişafını görmək üçün onu Azərbaycana dəvət etdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR