Bank Of Baku

Bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin hamısı Bakı məktəblərindən məzun olub

Bu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin hamısı Bakı məktəblərindən məzun olub
# 26 avqust 2011 11:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2010/2011 tədris ilində ən yüksək bal toplayan və bu il ilk dəfə olaraq qızıl və gümüş medal qazanan məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricilərini açıqlayıb. İdarədən APA-ya verilən məlumata görə, bu il ali məktəblərə qəbul zamanı respublika üzrə ən yüksək – 700 bal toplayan 4 məzunun 4-ü də BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrinin şagirdləri olub. Onlar 287 saylı “Zəkalar” liseyinin məzunu Əli Əliyev, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı orta məktəbin məzunu Ləman Məmmədova və 263 saylı orta məktəbin məzunu Cahandar Camallıdır.

Qeyd edək ki, qızıl medal qazanan məzunların ali məktəblərə qəbul zamanı topladıqları orta bal 636, gümüş medal qazanan məzunların orta bal göstəricisi isə 600 baldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR