Bank Of Baku

Ombudsman və UNİCEF-in Azərbaycandakı nümayəndəsi cənub bölgəsinə səfər ediblər

Ombudsman və UNİCEF-in Azərbaycandakı nümayəndəsi cənub bölgəsinə səfər ediblər
# 26 avqust 2011 11:43 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard cənub bölgəsinə səfər edib. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabaddan başlayan səfər zamanı qonaqlar rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla görüşərək rayonun ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti ilə maraqlanıblar. Daha sonra Elmira Süleymanova və Mark Herevard Cəlilabaddakı gənclərin resurs mərkəzinə baş çəkərək burada görülən işlər və uşaq hüquqlarının müdafiəsi sahəsində əldə edilən nəticələrlə tanış olublar.

Qonaqlar Masallı və Lənkəran rayonlarına da səfər ediblər. Lənkəranda onlar əvvəlcə gənclərin resurs mərkəzinə, sonra isə Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə gələrək buranın balaca sakinləri ilə görüşüblər.

E. Süleymanova jurnalistlərə açıqlamasında belə səfərlərin bəzi dövlət qurumları tərəfindən müsbət qarşılanmadığını qeyd edərək bu kimi görüşlərin bundan sonra da mütəmadi xarakter daşıyacağını bildirib.

Ombudsman və M. Herevard Lənkəran Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama kameraları ilə də tanış olublar. Onların növbəti səfəri Astara və Lerik rayonlarına olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR