Bank Of Baku

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun “Somali uşaqlarına xilas əlini uzat” beynəlxalq xeyriyyə kampaniyası başa çatıb

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun “Somali uşaqlarına xilas əlini uzat”  beynəlxalq xeyriyyə  kampaniyası başa çatıb
# 26 avqust 2011 14:09 (UTC +04:00)
İKGF-dən APA-ya verilən məlumata görə, 27 avqust tarixi daxil olmaqla həmin gün ərzində İKGF ofisində və elan olunmuş bank hesabları ilə kampaniya üzrə maliyyə yardımlarının qəbul olunması işləri sona yetəcək. Ramazan bayramından sonra nağd və bank köçürmələri ilə əldə edilən vəsaitlər hesabına alınacaq ərzaqlar, İKGF-nin Somaliyə yola düşəcək nümayəndələri vasitəsilə həmin ölkədə humanitar fəlakətlə üzləşən adamlara çatdırılacaq. Buna görə də 31 avqust tarixindən sonra ofisdə vəsait qəbul olunmayacaq, ediləcək bank köçürmələri isə müvafiq olaraq Somaliyə yardımla məşğul olan digər etibarlı beynəlxalq humanitar qurumların hesabına köçürüləcək.

Kampaniya ərzində toplanmış vəsaitin tam həcmi, ən çox ianə ayıranların adları, bütün ödənişlər 30 avqust tarixində elan olunacaqdır. İKGF bu kampaniyaya göstərdiyi dəstəyə görə Azərbaycan vətəndaşlarına, aksiyanın işıqlandırılmasında işində fəal iştirakına görə KİV-lərə öz dərin təşəkkürünü bildirir.

Xatırladaq ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu Somalidə aclıq çəkənlərə Müqəddəs Ramazan ayı ərzində ərzaq yardımının təşkili üzrə beynəlxalq xeyriyyə kampaniyası keçirir . Kampaniyanın əsas məqsədi Somalidə aclıq çəkənlərə yardım etmək istəyənlərin fəaliyyətini koordinasiya etmək, ianələrin mərkəzləşdirilmiş və şəffaf formada toplanmasını, toplanmış vəsaitin Somalidə aclıq çəkənlərə çatdırılmasını təşkil etməkdir.

Kampaniya elan edilən gündən etibarən ilk həftə ərzində yüzlərlə vətəndaş İKGF ofisinə gələrək nağd şəklində, o cümlədən ölkədaxili, eləcə də xarici ölkələrdən bank köçürmələri vasitəsilə bu kampaniyaya qoşulub. Bəzi hallarda yardım etmək istəyənlərin sayı çox olduğundan və onların gəlməyə imkanı olmadığını nəzərə alınaraq yardım kampaniyasına dəstək vermək istəyənlərlə iş üçün könüllü qruplar təşkil edilib.

Bir neçə ictimai təşkilat kampaniyaya qoşularaq müstəqil surətdə maliyyə vəsaiti toplayıb, sonda kampaniyanın bank hesabına köçürmüşlər. Qeyd edək ki, köçürmələr İKGF ofis ünvanında nağd şəkildə və bank hesabına köçürmə yolu ilə həyata keçirilib.


Eyni zamanda Somaliyə yardım üzrə kampaniya çərçivəsində İKGF tərəfindən xeyriyyə iftarları təşkil olunub. Kampaniya çərçivəsində kampaniyaya dəstək olmaq məqsədilə İKGF İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələrinə, daha sonra İslam Konfransı Gənc İş Adamları Şəbəkəsi (İKGİAŞ) Azərbaycan Milli Komitəsi Üzvlərinə və yardım göstərmək istəyən vətəndaşlar üçün açıq şəkildə xeyriyyə iftarı təşkil edib. İslam Konfransı Gənclər Forumu bir daha aksiyaya dəstək verən bütün vətəndaşlara və ictimai qurumlara təşəkkür edir, aksiyaya vəsait köçürmək istəyənləri 27 avqust tarixinə kimi bunu həyata keçirib yekunlaşdırmağa dəvət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR