Bank Of Baku

Mingəçevir və Qəbələdə əmək yarmarkası keçirilib

Mingəçevir və Qəbələdə əmək yarmarkası keçirilib
# 26 avqust 2011 19:25 (UTC +04:00)
Mingəçevir, Qəbələ. Elvin Yaqubov-APA. Mingəçevir və Qəbələdə işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkası keçirilib. APA-nın məlumatına görə Mingəçevirdə keçirilən tədbirdə 800 nəfər işaxtaran vətəndaş iştirak edib. Vətəndaşlara 38 idarə, müəssisə və təşkilat tərəfindən 239 boş iş yeri təqdim olunub. Müraciət edənlərdən 64 nəfəri öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb.

Qəbələdə təşkil edilən əmək yarmarkasında iştirak edən vətəndaşlara isə 29 idarə, müəssisə və təşkilat tərəfindən 214 boş iş yeri təqdim olunub. Yarmarkaya müraciət edən 460 nəfərdən 94-ü öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Onlardan 86-sı özəl təşkilatlarda işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR