Bank Of Baku

Sabah Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

Sabah Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək
# 27 avqust 2011 08:38 (UTC +04:00)
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, qəbul imtahanları respublikanın 11 şəhərində keçiriləcək. İmtahanların keçirilməsi üçün 57 bina ayrılıb. 9 illik bazadan qəbul imtahanında iştirak etmək üçün 31 250 abituriyent qeydiyyatdan keçib.

E. Nağızadə deyib ki, bu gün TQDK-nın və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları bütün binalara baxış keçirirlər. Saat 14.00-dan sonra imtahan keçiriləcək binalar bağlanaraq mühafizəyə götürüləcək. İmtahan rəhbərləri və nəzarətçilərlə aparılan təlimatlar da yekunlaşmaq üzrədir. Bu gün regionlarda imtahan nəzarətçiləri ilə sonuncu təlimat işləri aparılır.

Qəbul imtahanları bütün şəhərlərdə eyni vaxtda-saat 13.00-da başlayacaq və saat yarım ərzində aparılacaq. Abituriyentlər 3 fəndən - Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan, rus bölməsinin abituriyentləri isə əlavə olaraq “Ana dili” fənn bloku daxilində Azərbaycan dilindən 5 suala cavab verəcəklər. İmtahan nəticələrinin emalına sentyabrın 1-dən başlanacaq və sentyabrın 3-dək cavabların elan olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR