Bank Of Baku

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvləri 14 saylı cəzaçəkmə müəssisəsində olublar

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvləri 14 saylı cəzaçəkmə müəssisəsində olublar
# 27 avqust 2011 14:10 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Sahib Məmmədov, Nazir Quliyev və Səidə Qocamanlı 14 saylı cəzaçəkmə müəssisəsində növbəti monitorinq keçiriblər. İctimai Komitədən APA-ya verilən xəbərə görə, İctimai Komitə üzvləri ilə birlikdə Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova həmin müəssisədə cəza çəkən Bəxtiyar Hacıyevlə görüşublər. B. Hacıyev saxlanma şəraiti və üzləşdiyi bir çox problemlər barədə ətraflı məlumat verib. Bu məlumatlar araşdırmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilib.

Monitorinq zamanı müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Eyni zamanda 29 məhkumla onların istəklərinə uyğun olaraq konfidensial söhbət aparılıb və hüquqi yardım göstərilib.

Cəzaçəkmə müəssisəsində görüş otaqlarının, yeməkxananın, yataqxana, cərimə təcridxanasının standartlara cavab verməməsi və digər bir sıra məsələlər İctimai Komitə üzvləri tərəfindən çatışmazlıq kimi qeyd edilib.

Monitorinqin nəticələri barədə ətraflı rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR