Bank Of Baku

Ağdamda bizim eradan əvvəl 5-ci minilliyin sonu, 6-cı minilliyin əvvəllərinə aid tarixi abidə aşkarlanıb

Ağdamda bizim eradan əvvəl 5-ci minilliyin sonu, 6-cı minilliyin əvvəllərinə aid tarixi abidə aşkarlanıb
# 29 avqust 2011 11:24 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Kəlbə Hüseynli kəndində bizim eradan əvvəl beşinci minilliyin sonu, altıncı minilliyin əvvəllərinə aid tarixi abidə aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Qarabağ arxeoloji ekspedisiyasının apardığı qazıntılar nəticəsində neolit dövrünə aid 6 küp aşkarlanıb. Ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov APA-nın Qarabağ bürosuna bişdirib ki, aşkarlanan küplərdən qazıntının aparıldığı ərazinin öz dövründə təsərrüfat binası kimi istifadə edildiyi məlum olub. Amma əsrlər tikilinin əsas hissəsini sıradan çıxıb. Diametrləri 60 sm-1.4 metr arasında, hündürlüyü və ya dərinliyi 1 metrə qədər olan küplər istehsal formasına və üzərindəki əlamətlərə görə nadir tapıntılardan hesab olunur.

H. Cəfərovun sözlərinə görə, bu cür tapıntıya ilk dəfə 1980-ci illərdə görkəmli arxeoloq İdeal Nərimanov tərəfindən İlanlıtəpə arxeoloji abidəsində aparılan qazıntı zamanı rast gəlinib.

Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri onu da bildirib ki, Ağdam ərazisində vaxtilə tarixi abidə kimi qeydiyyata alınmış, qazıntı işlərinin aparılması nəzərdə tutulan ərazilərin məişət tullantıları ilə çirkləndirilməsi və zibilxanalara çevrilməsi iş prosesini xeyli çətinləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR