Bank Of Baku

İqtisadi İnkişaf Nazirliyində Bakı və onun qəsəbələrindəki məktəblərdə aparılan monitorinqlərin nəticələri müzakirə olunub

İqtisadi İnkişaf Nazirliyində Bakı və onun qəsəbələrindəki məktəblərdə aparılan monitorinqlərin nəticələri müzakirə olunub
# 07 sentyabr 2011 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyində yeni tədris ilinə hazırlıqla bağlı Bakıda və onun qəsəbələrində fəaliyyət göstərən təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri müzakirə olunub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, hazırda Bakı və onun qəsəbələrində 110-dan çox məktəb və məktəbəqədər təhsil müəssisələrində tikinti, bərpa və təmir işləri aparılır. Yeni tədris ilinə hazırlıqla əlaqədar İqtisadi İnkişaf Nazirliyində yaradılmış monitorinq qrupları tərəfindən bu müəssisələrdə monitorinqlər keçirilir, nəticələr təhlil olunur.

Bu ilin iyul-avqust aylarında keçirilmiş monitorinqlər zamanı müəyyən olunmuş problemlərin vaxtında həll edilməsi məqsədilə əlaqədar icraçı qurumların nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. İclasda məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinqlərin nəticələri müzakirə olunub, qarşıya çıxan məsələlərin vaxtında həll edilməsi və yeni tədris ilinədək müasir standartlara uyğun təhsil obyektlərinin istifadəyə verilməsi üçün aparılan işlərin daha da sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, sözügedən monitorinq «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR