Bank Of Baku

Arif Rəhimzadə: “İlkin sənədləri bələdiyyələr tərəfindən verilmiş torpaqların sənədləri müvafiq dövlət orqanları tərəfindən təqdim olunmalıdır”

Arif Rəhimzadə: “İlkin sənədləri bələdiyyələr tərəfindən verilmiş torpaqların sənədləri müvafiq dövlət orqanları tərəfindən təqdim olunmalıdır”
# 07 sentyabr 2011 08:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İlkin sənədləri bələdiyyələr tərəfindən verilmiş torpaqların sənədləri müvafiq dövlət orqanları tərəfindən verilməlidir”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib. O bildirib ki, sənədlərin əksəri Dövlət Reyestr Xidmətindədir: “Bu məsələlərlə məşğul olurlar. Azərbaycanda çoxlu sayda xüsusi mülkiyyətli əmlak var, bunların hamısı üçün birdən sənəd vermək olmur. Bu, tədricən olacaq”.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin bu il martın 9-da qeydiyyatsız fərdi evlərin sənədləşməsi ilə bağlı göstəriş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR