Bank Of Baku

Azərbaycan əmək pensiyasının minimal məbləğinə görə MDB-də 2-ci yeri tutur

Azərbaycan əmək pensiyasının minimal məbləğinə görə MDB-də 2-ci yeri tutur
# 07 sentyabr 2011 09:45 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA-Economics. Azərbaycan əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında Qazaxıstandan sonra 2-ci yeri tutur. «APA-Economics»in məlumatına görə, bu haqda Beynəlxalq Pensiya və Sosial Fondları Assosiasiyasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, hazırda MDB ölkələri arasında ilk üçlükdə Qazaxıstan (164,19 ABŞ dolları), Azərbaycan (108,07 ABŞ dolları), Rusiya (102,43 ABŞ dolları) qərarlaşıb. Minimal pensiyanın məbləğinə görə sonrakı yerlərdə Ukrayna (95,85 ABŞ dolları), Belarus (86,84 ABŞ dolları), Özbəkistan (64,42 ABŞ dolları), Moldova (56,55 ABŞ dolları), Gürcüstan (48,61 ABŞ dolları), Ermənistan (28,57 ABŞ dolları), Qırğızıstan (22,27 ABŞ dolları), Tacikistan (16,83 ABŞ dolları) gəlir.

Baltikyanı ölkələr sırasında isə pensiyanın minimum məbləği Estoniyada 185,61 dollar, Litvada 150,43 dollar, Latviyada isə 101,64 dollar təşkil edir.

Qeyd edək ki, Azərbaycanda pensiyanın baza hissəsinin məbləği (minimum pensiya) 85 manat (108,07 ABŞ dolları) təşkil edir. Bu il iyul ayının 1-dən isə sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində hazırkı anlamda minimum pensiya alma halı aradan qaldırılıb. Pensiya təyinatında tətbiq olunan yeni qaydalar əsasında 2006-cı ilə qədər qazanılmış bütün pensiya hüquqları yenidən hesablanaraq, təxminən 900 min nəfər əmək pensiyaçısının pensiyası əsaslı şəkildə (təxminən 40%) artıb. Pensiyaların yenidən hesablanmasından sonra Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği təxminən 150 manata çatdırılıb və 200 dollara yaxın bir rəqəmlə ifadə olunur. Bu, orta aylıq əmək haqqının təqribən 40%-i deməkdir və pensiyaların orta məbləği üzrə qəbul olunmuş öhdəliyi, yəni orta əmək haqqının 40%-i səviyyəsini üstələyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR