Bank Of Baku

Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl yamacındakı sürüşmə ilə əlaqədar hesabatı Nazirlər Kabinetinə təqdim ediləcək

Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl yamacındakı sürüşmə ilə əlaqədar hesabatı Nazirlər Kabinetinə təqdim ediləcək
# 07 sentyabr 2011 10:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl yamacındakı sürüşmə ilə əlaqədar hazırladığı hesabat sabah hazır olacaq. Bu barədə APA-ya RSXM-nın direktoru, Bayıl yamacındakı sürüşmə ilə bağlı yaradılan komissiyanın üzvü Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, sürüşmə prosesi seysmoloji və geofiziki tədqiqat üsulları vasitəsi ilə araşdırılıb. Bir neçə gün əvvəl prosesin monitorinqi məqsədi ilə ərazidə mobil seysmik stansiyalar quraşdırılıb, 50 metr dərinliyə qədər olan qruntların geoloji xüsusiyyətləri öyrənilib. Mərkəzin əməkdaşları çatlaşma xətti boyunca qravimetrik tədqiqatlar da aparıblar.

Mərkəz direktoru deyib ki, hazırlanan hesabat Nazirlər Kabinetinə təqdim ediləcək: “Respublika Seysmoloji Xidmət Mərkəzi ilə yanaşı, digər dövlət qurumlarının hesabatları da Nazirlər Kabinetinə təqdim ediləcək. Bunların əsasında İşçi Qrupu yekun nəticə çıxaracaq”.

Q. Yetirmişlinin sözlərinə görə, Bakı ərazisində son günlər yağan yağıntılar Bayıl yamacındakı sürüşməyə təsir etməyib. Hazırda ərazidə vəziyyət sabitdir: “Mən hər səhər əraziyə baş çəkirəm. Sürüşmə ərazisində hər hansı dəyişiklik müşahidə etməmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR