Bank Of Baku

Azərbaycanda yeni tədris ilindən akkreditasiyasına başlanacaq ümumtəhsil məktəblərinin adı açıqlanıb

Azərbaycanda yeni tədris ilindən akkreditasiyasına başlanacaq ümumtəhsil məktəblərinin adı açıqlanıb
# 07 sentyabr 2011 10:43 (UTC +04:00)
Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyevin APA-ya verdiyi məlumata görə, prosesi ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək. Həmin məktəblər Gəncə şəhər 27 saylı, Şirvan şəhər 16 saylı, Bakı şəhər 225 saylı tam orta məktəblər, Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziya, Bakı şəhər 164 saylı, Mingəçevir şəhər 10 saylı, Ağdaş rayon 1 saylı, Lənkəran rayon 4 və 6 saylı, Şəki şəhər 3 saylı, Quba rayon 2 saylı tam orta məktəblərdir.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR