Bank Of Baku

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri akkreditasiyadan keçiriləcək

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri akkreditasiyadan keçiriləcək
# 07 sentyabr 2011 11:04 (UTC +04:00)
Bu haqda APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. H. Zərbəliyevin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələri də təhsil fəaliyyəti ilə məşğul olduğundan mövcud qaydada akkreditasiyadan keçməlidir: “Azərbaycanda ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası üçün nazirlikdə sənəd hazırlanır. Sənəd bu ilin sonunadək hazır olacaq və bu prosesə növbəti tədris ilindən başlanılması nəzərdə tutulur”.

H. Zərbəliyev deyib ki, məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyasında onların dövlət təhsil standartlarına uyğunluqları öz əksini taracaq: “Məktəbəqədər təhsil müəssisələrində müəssisənin fəaliyyətinin təşkilati- hüquqi təminatı, idarəolunması, təlim-tərbiyə işinin təşkili, kadr təminatı, maddi-texniki bazası, tibbi və sosial məişət şəraiti və sair araşdırılacaq və standartlara uyğun olub-olmadıqları barədə qərar çıxarılacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR