Bank Of Baku

Bütün dünyada müddəti keçmiş pestisidlərin 60 faizi postsovet ölkələrinin payına düşür

Bütün dünyada müddəti keçmiş pestisidlərin 60 faizi postsovet ölkələrinin payına düşür
# 07 sentyabr 2011 11:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Qəbələdə keçirilən XI Beynəlxalq Pestisid Forumunun iştirakçısı olan Beynəlxalq Pestisidlər Assosiasiyasının direktoru Jon Vijgen bildirib.

Onun sözlərinə görə bu forumda köhnəlmiş pestisidlər və onların idarə olunması məsələləri müzakirə olunur. Bu məsələ dünyada ciddi problemə çevrilib və onların məhv olunması üçün ciddi işlər görülməlidir: “Bütün postsovet ölkələrində də müddəti keçmiş pestisidlərlə bağlı problemlər qalmaqdadır. Bu tədbirdə əsas məqsəd davamlı üzvi çirkləndiricilərin, kimyəvi tullantıların məhv edilməsi üçün yaxın 10 ildə ərzində Azərbaycan və digər postsovet ölkələrində ciddi işlərin görülməsi üçün bütün cəhd və təşəbbüsləri bir araya toplamaq və konkret tədbirlər görməkdir”.

Con Vijgen bu problemlə bağlı məsələnin ölkələrin parlamentlərində müzakirə edilməsinin vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR