Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə daha iki fənn üzrə müəllimliyinə vakant yerləri açıqlayıb

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə daha iki fənn üzrə müəllimliyinə vakant yerləri açıqlayıb
# 07 sentyabr 2011 13:29 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanda gənclərin cağrışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə 23 vakant yer var. Vakant yerlərdən 13-ü Bakı şəhəri, qalanları isə digər şəhər və rayonlar üzrədir. Əmək hazırlığı müəllimliyi üzrə isə 14 vakant yer qalıb. Həmin yerlərdən 4-ü Bakı şəhəri, qalanları isə digər rayonlar üzrədir.

GCQH üzrə rəhbərlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balı toplayanlar sentyabrın 13-dək, əmək hazırlığı müəllimliyi üzrə isə sentyabrın 14-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə ərizə ilə müraciət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR