Bank Of Baku

Gələn ay Gəncədə “Dünya Gənclər Festivalı-Azərbaycanı tanı” devizi altında gənclər festivalı keçiriləcək

Gələn ay Gəncədə “Dünya Gənclər Festivalı-Azərbaycanı tanı” devizi altında gənclər festivalı keçiriləcək
# 07 sentyabr 2011 15:49 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə “Dünya Gənclər Festivalı – Azərbaycanı tanı” devizi altında gənclər festivalı keçiriləcək. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, festivalın 15-20 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır. “İRƏLİ” və “Gələcəyə körpü” ictimai birliklərinin təşkilatçılığı, Gəncə şəhər icra hakimiyyətinin maliyyə dəstəyi ilə keçiriləcək Dünya Gənclər Festivalına dünyanın 50-dən çox ölkəsindən 100 nəfər gənc qatılacaq. Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyəti ilə yanaşı, adət-ənənələrini, zəngin tarixini tanıtdırmaq və dünyaya sülh və birlik mesajı verməkdən ibarətdir. Dünya Gənclər Festivalında aparılacaq müzakirələr arasında münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti və incəsənət, idman və mədəniyyət mövzuları yer alacaq.
Qeyd edək ki, Dünya Gənclər Festivalı bu ildən etibarən hər 2 ildən bir Azərbaycanın müxtəlif bölgəsində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR