Bank Of Baku

Ombudsman paytaxtda evlərin sökülməsinə münasibət bildirib

Ombudsman paytaxtda evlərin sökülməsinə münasibət bildirib
# 08 sentyabr 2011 08:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Son vaxtlar Bakıda evlərin dağıdılması ilə bağlı Ombudsman Aparatına müraciətlər daxil olur. APA-nın xəbərinə görə, bunu ombudsman Elmira Süleymanova deyib. O, həmin evlərdən bir qisminin sənədsiz olduğunu desə də, sənədli, çoxdan yaşayış olan evlərin sahiblərinə xəbər vermədən sökülməsi hallarının olduğunu da bildirib. T. Süleymanova bu cür faktların ev sahiblərinə psixoloji sarsıntı gətirə biləcəyini söyləyib: “Bir sıra hallarda evlərin sökülməsini onunla izah edirlər ki, həmin evlərin sənədləri yoxdur. Hətta cənab prezidentin göstərişi olub ki, bir sıra yerlərdə uzun müddət yaşayan şəxslərin evləri sənədləşdirilsin. Ancaq iş orasındadır ki, bir gecədə 200 daş tökərək sıx-sıx yeni nəsə tikdilər. Elə adamlar da var ki, onların illərdir yaşadığı evlər quruculuq işləri ilə bağlı sökülür. O zaman biz də məcbur oluruq ki, bu məsələni qaldıraq. Belə adamlara adekvat kompensasiya verilməlidir. Həmçinin, əvvəlcədən xəbərdarlıq edilməlidir ki, sakində psixoloji stres vəziyyəti yaratmasın. Məmurlar tərəfindən qayda-qanunlara riayət edilsə, şikayətlər də bu qədər çox olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR