Bank Of Baku

Musa Quliyev: “Yaş həddi ilə əlaqədar təqaüdə göndərilən şəxslərin pensiyalarının artırılmasına gələn ilin büdcəsinin müzakirəsi zamanı baxmaq olar”

Musa Quliyev: “Yaş həddi ilə əlaqədar təqaüdə göndərilən şəxslərin pensiyalarının artırılmasına gələn ilin büdcəsinin müzakirəsi zamanı baxmaq olar”
# 08 sentyabr 2011 09:39 (UTC +04:00)
Amma hələlik bu məsələnin müzakirəsi nəzərdə tutulmur”. Bu açıqlamanı APA-ya Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev verib.

Onun sözlərinə görə, həmin şəxslərin təqaüdə göndərilməmişdən əvvəl pensiyaları xeyli artırılıb: “Onların çoxunun əmək stajı yüksək olduğundan təqaüdləri maaşlarından cüzi fərqlənəcək. Yəni müəllim və həkimlər orta aylıq əmək haqları məbləğində təqaüd ala biləcəklər”.

M. Quliyev bildirib ki, təqaüdə göndərilən 65 yaş və ondan yuxarı yaş həddində olan şəxslər yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmaqdan məhrum olublar. Onlar özəl təşkilatlarda, qeyri-hökumət təşkilatlarında işləyə bilərlər: “Yaş həddinə görə, təqaüdə gedən həkimlərdə o qədər də problem olmayacaq. Çünki Azərbaycanda tibb sahəsində özəl sektor kifayət qədər inkişaf edib və təcrübəli həkimlərə ehtiyac var. Həmin həkimlər kənd və rayon yerlərində, eləcə də şəhərlərdə özəl tibb fəaliyyəti ilə məşğul ola biləcəklər. Hətta evlərində tibbi kabinet açacaqlar və problemləri olmayacaq. Amma müəllimlərlə bağlı bir az problemlər yarana bilər. Amma hesab edirəm ki, bununla bağlı da müəyyən tədbirlər görülə bilər. Məsələn kənd yerlərində kadr qıtlığı yarandığı halda 70 yaşından yuxarı müəllimləri də əlavə müqavilə ilə işə götürmək mümkün olacaq. Səhhəti yol verirsə, həmin kadr gənclərin getmədiyi ucqar və dağlıq rayonlarda işlərini davam etdirə bilərlər. Yəni belə yerlərdə həmin kadrları çıxarıb yerlərini boş qoymaq olmaz”.
.

.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR