Bank Of Baku

Rezidenturaya sınaq imtahanlarında 656 namizəd iştirak edəcək

Rezidenturaya sınaq imtahanlarında 656 namizəd iştirak edəcək
# 08 sentyabr 2011 09:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sentyabrın 10-11-də keçirəcəyi rezidenturaya sınaq imtahanlarına yazılış başa çatıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, rezidenturaya sınaq imtahanlarında iştirak etmək üçün 656 namizəd qeydiyyatdan keçib. Sınaq imtahanları baza ali tibb təhsilli namizədlərin rezidenturaya qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək. Rezidenturaya qəbul imtahanı isə sentyabrın 24-25-də iki gün ərzində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR