Bank Of Baku

"Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun istehsalat sexində mülki müdafiə təlimi keçirilib

"Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun istehsalat sexində mülki müdafiə təlimi keçirilib
# 09 sentyabr 2011 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunun "EP-300" istehsalat sexində "Fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda mülki müdafiə təlimi keçirilib. APA-nın “Fövqəladə hallar” qəzetinin saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd təsdiq olunmuş mülki müdafiə planını və sexin işçi qüvvəsinin fövqəladə hadisələr zamanı mühafizə olunmasının təşkilini yoxlamaq, xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi zamanı rəhbər heyətin düzgün qərar qəbul etmək bacarığını təkmilləşdirmək olub.

Təlimdə FHN Sumqayıt Regional Mərkəzinin rəhbərliyi, zabit və gizir heyəti, xilasedici dəstələri, "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi, Etilen-Polietilen zavodunun işçiləri və hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri, Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvə və texnikaları, Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin şəxsi heyəti, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsinin xilasedici dəstələri, ARDNŞ-in Təhlükəsizlik İdarəsinin 36 saylı komandasının və Sumqayıt şəhər Mühafizə İdarəsinin polis əməkdaşları, Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasının həkim briqadaları iştirak edib.

Qeyd edək ki, Sumqayıt Regional Mərkəzi tərəfindən belə təlimlərin mütəmadi olaraq "Azərikimya" İstehsalat Birliyinin digər zavod və sexlərində keçirilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR