Bank Of Baku

Ədliyyə Nazirliyi Lənkəranda bələdiyyələr üçün seminar keçirib

Ədliyyə Nazirliyi Lənkəranda bələdiyyələr üçün seminar keçirib
# 09 sentyabr 2011 14:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu gün Lənkəran şəhərində yerli bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər, qəsəbə, kənd bələdiyyə üzvlərinin iştirak etdikləri tədbirdə mərkəzin rəhbəri Mehdi Səlimzadə bələdiyyələrin işinin təşkili ilə bağlı geniş məruzə ilə çıxış edib. Azərbaycanda demokratiyanın inkişafında yerli özünüidarəetmənin əhəmiyyətindən söz açan natiq, bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində görülən işlərdən danışıb. M.Səlimzadə ölkəmizdə bələdiyyələrin fəaliyyətinin ildən-ilə artdığını qeyd etməklə yanaşı, bəzi bələdiyyələrin işindəki nöqsanlara da toxunub. Natiq bütün bələdiyyələrə işlərində ciddi olmalarını, dövlət tərəfindən qəbul edilmiş qanun və qərarlara yetərincə əməl etməyi tövsiyə edib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR