Bank Of Baku

Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Xızı, Siyəzən, Şabran və Qusar RPŞ MST-lərinə başçəkmələr həyata keçiriblər

Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri Xızı, Siyəzən, Şabran və Qusar RPŞ MST-lərinə başçəkmələr həyata keçiriblər
# 09 sentyabr 2011 16:31 (UTC +04:00)
Bakı-APA. İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Xızı, Siyəzən, Şabran və Qusar Rayon Polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçiriblər.

Qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Başçəkmə keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR