Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklərin çatdırılması prosesi ləngiyir

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklərin çatdırılması prosesi ləngiyir
# 10 sentyabr 2011 08:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərə dərsliklərin göndərilməsi prosesi ləngiyir. Bu haqda APA-ya Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib.

F. Şahbazlı deyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların təhsil aldıqları məktəblərin dərslik tələbatını öyrənmək məqsədilə Təhsil Nazirliyinin həmin ölkənin Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətlərə hələ cavab alınmayıb: “Bu məqsədlə Gürcüstanın Azərbaycandakı səfirliyinə də müraciət etmişik ki, bizim diplomatik kanallar vasitəsilə Gürcüstana çatdırılmış məktubların cavablarını alsınlar. Amma hələ bir cavab yoxdur. Biz istəyirik ki, soydaşlarımızın dərslik problemi olmasın. Gürcüstandan bizə cavab gəlsə, ehtiyac olan bütün dərslikləri iki gün ərzində həmin məktəblərə çatdıra biləcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR