Bank Of Baku

Millət vəkili Gövhər Baxşəliyeva Fransa və İspaniya arxivlərində Azərbaycanla bağlı 80-dən çox xəritə aşkarlayaraq surətini çıxarıb

Millət vəkili Gövhər Baxşəliyeva Fransa və İspaniya arxivlərində Azərbaycanla bağlı 80-dən çox xəritə aşkarlayaraq surətini çıxarıb
# 12 sentyabr 2011 08:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbirdə çıxışı zamanı Gövhər Baxşəliyeva məlumat verib.

Millət vəkili layihə çərçivəsində İspaniya və Fransaya ezam olunub, bu ölkələrin kitabxana və arxivlərində araşdırmalar aparıb. X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir: “Məsələn, onlardan birində Azərbaycan əraziləri şimaldan Bab al-Arvaddan (Dərbənd) bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətini əhatə edir. Bu xəritə bir daha təsdiq edir ki, erməni təbliğatının “Dənizdən dənizə Böyük Ermənistan” xülyası böyük yalandan başqa bir şey deyil”.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR