Bank Of Baku

Azərbaycanın bəzi yerlərində qısamüddətli yağış yağacaq

Azərbaycanın bəzi yerlərində qısamüddətli yağış yağacaq
# 12 sentyabr 2011 08:47 (UTC +04:00)
Şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Gecə 15-20, gündüz 22-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti olacaq.

Sentyabrın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 13-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 14-də hava əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 13-dən 14-ə keçən gecə Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz əsasən yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti və meteoroloji amillərin əsasən normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR