Bank Of Baku

Bu ilin 8 ayında DSMF-nin gəlirləri 19% artıb

Bu ilin 8 ayında DSMF-nin gəlirləri 19% artıb
# 12 sentyabr 2011 08:59 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1337,5 mln. manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 212,9 mln. manat və ya 18,9% çoxdur. “APA-Economics”in DMSF-nin saytına istinadən xəbərinə görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,4% və ya 85,1 mln. manat artaraq 774,5 mln. manat olub.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,7%-i və ya 455,0 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,1% və ya 52,6 mln. manat artıb, proqnoz isə 100,34% icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 14,2%, torpaq mülkiyyətçiləri üzrə isə 19,9% artıb.

2011-ci ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 319,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% və ya 32,5 mln. manat artıb.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2011-ci ilin yanvar-avqust aylarında DSMF-nin xərcləri 1321,3 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1291,6 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 202,8 mln. manat və ya 18,6% çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 18,7% və ya 198,1 mln. manat artaraq 1256,0 mln. manat təşkil edib.

2011-ci ilin ilk 8 ayında əhaliyə 35,6 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32,7%-i hamiləliyə və doğuma görə, 27,0%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,8%-i dəfn üçün, 19,6%-i isə digər müavinətlərin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR