Bank Of Baku

Sabirabadda Yaponiya səfirliyinin dəstəyi ilə inşa edilmiş həkim məntəqəsi təhvil veriləcək

Sabirabadda Yaponiya səfirliyinin dəstəyi ilə inşa edilmiş həkim məntəqəsi təhvil veriləcək
# 12 sentyabr 2011 09:03 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Sentyabrın 13-də Sabirabad rayonun Yolçubəyli kəndində yeni inşa edilmiş həkim məntəqəsi təhvil veriləcək. Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən məlum olub.

“Sabirabad rayonunun Yolçubəyli kəndində tibb məntəqəsinin tikintisi” layihəsi Yaponiya Hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilib.

Açılış mərasimdə Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov, Yaponiya səfirliyinin təmsilçiləri və digər rəsmilər iştirak edəcək. Tibbi məntəqənin tikintisinə dair müvafiq saziş cari ilin mart ayında imzalanıb və smeta dəyəri 98,957 ABŞ dolları təşkil edib. Layihənin əsas məqsədi yerli sakinlər üçün tibbi xidmətin yaxşılaşdırılmasıdır. Açıqlamaya görə, 12 minə yaxın yerli sakinin bu layihədən faydalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR